https://news.day.az/azerinews/1810170.html Azərbaycanda balıq ovuna dair kvota bölgüsü qiymətlərə necə təsir edib? - VİDEO Azərbaycanda balıq və digər su bioresurslarının ovuna dair kvota bölgüsünün təsdiqlənməsi fonunda bazarlarda balıq qiymətlərində artım müşahidə olunur.

Azərbaycanda balıq ovuna dair kvota bölgüsü qiymətlərə necə təsir edib? - VİDEO

Azərbaycanca, 18 января 2026 08:15 (UTC +04:00) 326
Azərbaycanda balıq ovuna dair kvota bölgüsü qiymətlərə necə təsir edib?

Azərbaycanda balıq və digər su bioresurslarının ovuna dair kvota bölgüsünün təsdiqlənməsi fonunda bazarlarda balıq qiymətlərində artım müşahidə olunur.

Day.Az xəbər verir ki, sənaye və əmtəə məqsədli balıq ovu ilə məşğul olmaq istəyən şəxslər artıq müvafiq icazələrin alınması üçün Bakıdakı "Balıqçılıq və Akvakultura Mərkəzi"nə və ya bölgələrdəki "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.

Lakin rəsmi ov mövsümünün tənzimlənməsi prosesi gedərkən satış mərkəzlərində qiymət dinamikası alıcıların əleyhinə dəyişib.

Belə ki, hazırda balıq bazarında ən çox tələbat farel və sazan növlərinədir. Satıcıların verdiyi məlumata görə, İranda baş verən hadisələrdən sonra xüsusilə farelin qiymətində kəskin artım qeydə alınıb. Belə ki, cəmi bir neçə gün öncə daha münasib olan farel hazırda 16-17 manata təklif edilir.

Daha ətraflı "Xəzər TV"nin süjetində:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости