Şamaxı rayonunda zəlzələ baş verib

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Day.Az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07:56-da baş verib.

Zəlzələnin maqnitudası 3,7 olub, ocağı 9 kilometr dərinlikdə yerləşib. 

Zəlzələ episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində 4-3 bala qeder hiss olunub.