“Bu, Azərbaycan futbolu üçün çox böyük nailiyyətdir” - Qurban Qurbanov
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolu üçün çox böyük uğur, çox böyük nailiyyətdir".
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda qarşılanma mərasimində deyib.
"Çox sevinirik. Klub olaraq bu illər boyu əziyyət çəkmişik. İkinci dəfə idi ki, Çempionlar Liqasının qrup mərhələsində idik. Bu il oyunlıarın sayı daha çox oldu. Turnirin 22-ci komandası olduq. Bu, Azərbaycan futbolu üçün çox böyük nailiyyətdir. Xalqımızı və futbolçuları təbrik edirəm".
Təcrübəli mütəxəssis pley-offdakı potensial rəqibləri dəyərləndirib: "Elə səviyyədə komandalar qalıb ki, onları bir-birindən ayırmaq olmaz. Hazırda komandaların qarşısına qoyulan maksimum yuxarı nəticələr göstərməkdir".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре