https://news.day.az/azerinews/1813309.html
Azərbaycan güləşçilərinin reytinq cədvəli açıqlandı
Azərbaycan güləşçilərinin 2026-cı il fevralın 1-nə olan reytinq cədvəli bəlli olub. Day.Az-ın məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. Məlumata əsasən, birinci pillədə 480 xalla yunan-Roma güləşçisi Həsrət Cəfərov yer alıb.
Azərbaycan güləşçilərinin reytinq cədvəli açıqlandı
Azərbaycan güləşçilərinin 2026-cı il fevralın 1-nə olan reytinq cədvəli bəlli olub.
Day.Az-ın məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, birinci pillədə 480 xalla yunan-Roma güləşçisi Həsrət Cəfərov yer alıb. Sərbəst güləşçi Giorgi Meşvildişvili (460) ikinci, cüdoçu Zelim Kotsoyev (430) üçüncüdür.
Növbəti sıralarda Ülvü Qənizadə (yunan-Roma güləşi, 400 xal), Elcan Hacıyev (cüdo, 370 xal), Osman Nurmaqomedov, Arseniy Djioyev (hər ikisi sərbəst güləş, hər ikisi 340 xal), Zelim Tçkayev (cüdo, 330 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal) və Eldəniz Əzizli (yunan-Roma güləşi, 320 xal) qərarlaşıblar.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре