https://news.day.az/azerinews/1814604.html Astarada bəndlər çökdü, yol dağıldı - FOTO Astara rayonunun Vaqo kəndində torpaq sürüşməsi baş verib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Pensərçayın kənddən keçən hissəsində beton bəndlər torpaq qatı ilə birlikdə çaya tökülüb. Nəticədə kənddaxili yolun bir hissəsi dağılıb və hərəkət üçün yararsız hala düşüb.

Astarada bəndlər çökdü, yol dağıldı - FOTO

Azərbaycanca, 7 февраля 2026 13:06 (UTC +04:00) 378
Astarada bəndlər çökdü, yol dağıldı

Astara rayonunun Vaqo kəndində torpaq sürüşməsi baş verib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Pensərçayın kənddən keçən hissəsində beton bəndlər torpaq qatı ilə birlikdə çaya tökülüb. Nəticədə kənddaxili yolun bir hissəsi dağılıb və hərəkət üçün yararsız hala düşüb.

Hadisə yerinə aidiyyəti qurumların nümayəndələri və texnika cəlb olunub. Təhlükənin qarşısının alınması məqsədilə çayın məcrası dəyişdirilir. 

Mütəxəssislər ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini, yol hissəsinin lentləndiyini və nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulduğunu bildiriblər.

 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости