https://news.day.az/azerinews/1827087.html Maşında yüksək səslə musiqi dinləyənləri nə GÖZLƏYİR? - Qaydalar SƏRTLƏŞİR Azərbaycanda avtomobildə yüksək səslə musiqi dinləyərək ətrafdakıların rahatlığını pozan sürücülər inzibati məsuliyyətə cəlb olunur. Day.Az xəbər verir ki, xüsusilə gecə saatlarında bu cür hallar ictimai narazılığa səbəb olduğu üçün nəzarət tədbirləri gücləndirilir.

Maşında yüksək səslə musiqi dinləyənləri nə GÖZLƏYİR? - Qaydalar SƏRTLƏŞİR

Azərbaycanca, 10 апреля 2026 16:17 (UTC +04:00) 312
Maşında yüksək səslə musiqi dinləyənləri nə GÖZLƏYİR?

Azərbaycanda avtomobildə yüksək səslə musiqi dinləyərək ətrafdakıların rahatlığını pozan sürücülər inzibati məsuliyyətə cəlb olunur. 

Day.Az xəbər verir ki, xüsusilə gecə saatlarında bu cür hallar ictimai narazılığa səbəb olduğu üçün nəzarət tədbirləri gücləndirilir.

Məsələ İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə tənzimlənir. 

Qanuna görə ictimai yerlərdə qəsdən səs-küy salmaq və insanların dincliyini pozmaq hüquq pozuntusu hesab olunur. Buna görə tədbir görülür.

Bu qaydanı pozan şəxslər üçün 50 manatdan 100 manatadək cərimə nəzərdə tutulur. Qanunvericiliyə əsasən, bəzi hallarda əlavə olaraq ictimai işlər və ya qısamüddətli inzibati həbs də tətbiq oluna bilər.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости