https://news.day.az/azerinews/1827238.html
Təmir edərkən avtomobilin altında qalıb həyatını itirdi
Kütahyanın Emet rayonunda 67 yaşlı kişi avtomobilini təmir etməyə çalışarkən faciəli şəkildə həyatını itirib. Hadisə Yaylayolu kəndi ərazisində baş verib. Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, uzun müddət xəbər alınmayan Ali Yavuzun yaxınları hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Təmir edərkən avtomobilin altında qalıb həyatını itirdi
Kütahyanın Emet rayonunda 67 yaşlı kişi avtomobilini təmir etməyə çalışarkən faciəli şəkildə həyatını itirib. Hadisə Yaylayolu kəndi ərazisində baş verib.
Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, uzun müddət xəbər alınmayan Ali Yavuzun yaxınları hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Axtarışlar nəticəsində onun meyiti Emet rayonuna bağlı Dereli kəndi ilə Tavşanlı rayonunun Değirmisaz kəndi arasındakı yolda, öz avtomobilinin altında aşkarlanıb.
İlkin ehtimallara əsasən, Yavuz avtomobili təmir edərkən əl tormozunun sürüşməsi nəticəsində maşının altında qalıb.
Meyit hadisə yerindən çıxarılaraq morqa aparılıb.
Faktla bağlı araşdırma davam edir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре