DÇ-2026-nın açılış oyununun hakimi BƏLLİ OLDU
2026-cı il dünya çempionatının ilk oyununda ədaləti qoruyacaq hakimlər briqadasının adları açıqlanıb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, A qrupunda keçiriləcəkMeksika və CAR qarşılaşmasını braziliyalı referi Wilton Sampaio idarə edəcək.
Ona yan xətt hakimləri kimi Bruno Pires və Bruno Boschilia yardım göstərəcəklər. VAR sisteminə isə kolumbiyalı Nicolas Gallo nəzarət edəcək.
Açılış görüşü iyunun 11-də Mexico City şəhərində baş tutacaq. Qarşılaşmanın Bakı vaxtı ilə saat 23:00-da başlaması nəzərdə tutulub.
Qeyd edək ki, 2026 FIFA World Cup tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunacaq. Turnir üçün ümumilikdə 52 baş hakim, 88 köməkçi hakim və 30 VAR hakimi təyinat alıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре