"Canlı" XƏSTƏLİYİ: Yas mərasimlərinin sosial şəbəkədə birbaşa göstərilməsi

Sosial şəbəkələrdə qəza yerlərindən, yas mərasimlərindən və dəfn proseslərindən görüntülərin paylaşılması və canlı yayımların aparılması son dövrlər geniş yayılıb.

Day.Az XəzərXəbər-ə istinadən xəbər verir ki, bir vaxtlar yalnız şahidlərin yaddaşında qalan faciə anları indi saniyələr içində minlərlə insanın izlədiyi kontentə çevrilir.

Bu isə cəmiyyətdə həm məlumatlandırma, həm də etik sərhədlərin pozulması kimi müzakirələrə səbəb olur.

Belə görüntülər xüsusilə uşaqlara və gənclərə ciddi psixoloji təsir göstərir, qorxu və gərginlik yaradır. Psixoloqlar isə qeyd edirlər ki, insanların şəxsi kədərinin sosial mediada paylaşılması bəzən diqqət və baxış sayı toplamaq məqsədi daşıyır və bu, faciənin mahiyyətini kölgədə qoyur.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli