Ötən həftə 881 yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən ötən həftə 881 yanğına çıxış qeydə alınıb.

FHN-dən verilən məlumata görə, bundan başqa nazirliyin "112" qaynar telefon xəttinə daxil olan müraciətlər əsasında həftə ərzində 36 halda köməksiz vəziyyətdə qalma və 2 yol-nəqliyyat hadisəsi ilə bağlı qəza-xilasetmə əməliyyatı həyata keçirilib.

Yanğınlar operativ şəkildə söndürülüb, insanların həyatının xilas olunması təmin edilib.

Bildirilib ki, hesabat dövründə 9-u azyaşlı olmaqla ümumilikdə 38 nəfər xilas edilib. 2 nəfər xəsarət alıb, 7 nəfərin meyiti təhvil verilib.