https://news.day.az/azerinews/1862076.html “WhatsApp”-da bu funksiya sizi hakerlərin QURBANINA ÇEVİRƏ BİLƏR - VİDEO WhatsApp-da istifadəçi adı funksiyasının tətbiqi ünsiyyəti asanlaşdırsa da, saxta profillərlə bağlı riskləri də artırır. Dələduzlar şəxsin adını və profil şəklini kopyalayaraq onun adından kontaktlarına pul və ya şəxsi məlumat istəyə bilərlər.

“WhatsApp”-da bu funksiya sizi hakerlərin QURBANINA ÇEVİRƏ BİLƏR - VİDEO

Azərbaycanca, 23 сентября 2026 16:47 (UTC +04:00) 168
“WhatsApp”-da bu funksiya sizi hakerlərin

WhatsApp-da istifadəçi adı funksiyasının tətbiqi ünsiyyəti asanlaşdırsa da, saxta profillərlə bağlı riskləri də artırır. Dələduzlar şəxsin adını və profil şəklini kopyalayaraq onun adından kontaktlarına pul və ya şəxsi məlumat istəyə bilərlər.

Day.Az xəbər verir ki, belə hallarda müraciətin məzmununa diqqət yetirmək, xüsusilə maliyyə tələblərinə və şübhəli mesajlara qarşı ehtiyatlı olmaq vacibdir.

Mütəxəssislər xəbərdarlıq edir ki, OTP və digər təsdiq kodları heç bir halda qarşı tərəfə göndərilməməli, şübhəli keçidlərə kliklənməməlidir. WhatsApp-ın parametrlər bölməsindən istifadəçi adı ilə kimin əlaqə saxlaya biləcəyini məhdudlaşdırmaq da mümkündür. İstifadəçi adı unikal olduğundan eyni adın başqa hesabda təkrarlanması mümkün deyil.

Milli Kibertəhlükəsizlik Agentliyi bildirir ki, dələduzluq üçün hesabın ələ keçirilməsi belə tələb olunmur. Şəxsin adı, profil şəkli və ona aid görünən məlumatlar saxta müraciət üçün kifayət edə bilər. Buna görə tanıdığınız şəxsin adından gələn mesajların həqiqətən həmin şəxsə aid olduğunu ayrıca yoxlamaq lazımdır.

Ətraflı "AzTV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости