Əl yumaq üçün bərk, yoxsa maye sabun daha gigiyenikdir?
Mütəxəssislərin fikrincə, həm bərk, həm də maye sabun əllərin yuyulmasında effektivdir.
Day.Az xəbər verir ki, araşdırmalarda bərk sabunun səthində bakteriyaların daha çox rast gəlindiyi müəyyənləşsə də, onların istifadə zamanı dəriyə keçərək xəstəlik yaratdığına dair sübut yoxdur.
Bərk sabunun gigiyenik qalması üçün onun suda qalmasına imkan verməmək vacibdir. Buna görə də suyu axıdan dəlikli və ya torlu sabun qablarından istifadə etmək, sabunu kranın və duşun birbaşa su axınından uzaqda saxlamaq tövsiyə olunur.
Çoxsaylı insanların istifadə etdiyi ümumi vanna otaqlarında isə maye və ya köpüklü sabun daha praktik seçim hesab olunur. Maye sabun dispenser vasitəsilə istifadə edildiyindən eyni sabun səthinə toxunmağa ehtiyac qalmır; dispenserin və sabun qabının mütəmadi təmizlənməsi də vacibdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре