https://news.day.az/azerinews/1873109.html
Berlində Brandenburq darvazası önündə Zəfər Günü qeyd olunub
Almaniyanın paytaxtı Berlində 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə azərbaycanlı həkimlər və soydaşlarımız Brandenburq darvazası önündə bir araya gəliblər. Day.Az xəbər verir ki, tədbirdə 20-ci Azərbaycan-Almaniya Tibb Günlərinin iştirakçıları, Azərbaycandan gələn və Almaniyada fəaliyyət göstərən həkimlər iştirak ediblər.
Berlində Brandenburq darvazası önündə Zəfər Günü qeyd olunub
Almaniyanın paytaxtı Berlində 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə azərbaycanlı həkimlər və soydaşlarımız Brandenburq darvazası önündə bir araya gəliblər.
Day.Az xəbər verir ki, tədbirdə 20-ci Azərbaycan-Almaniya Tibb Günlərinin iştirakçıları, Azərbaycandan gələn və Almaniyada fəaliyyət göstərən həkimlər iştirak ediblər.
İştirakçılar Azərbaycan bayraqlarını dalğalandıraraq Vətən müharibəsində qazanılmış tarixi Qələbənin ildönümünü qeyd edib, milli birlik və həmrəylik nümayiş etdiriblər.
Qeyd edək ki, 20-ci Azərbaycan-Almaniya Tibb Günləri noyabrın 7-8-də Berlində keçirilib. Tədbirdə hər iki ölkədən tibb mütəxəssisləri iştirak ediblər.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре