https://news.day.az/azerinews/1873542.html Lökbatanda itlər sakinlərə hücum etdi - VİDEO Səhər saatlarında Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Qobupark yaşayış massivində sahibsiz itlər sakinlərə hücum edib. Hadisə nəticəsində beş nəfər müxtəlif bədən xəsarətləri alıb. Zərərçəkənlər Kliniki Tibbi Mərkəzə aparılıb, müayinədən keçirilib və onlara quduzluğa qarşı vaksin vurulub.

Lökbatanda itlər sakinlərə hücum etdi - VİDEO

Azərbaycanca, 11 ноября 2026 11:15 (UTC +04:00) 313
Lökbatanda itlər sakinlərə hücum etdi

Səhər saatlarında Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Qobupark yaşayış massivində sahibsiz itlər sakinlərə hücum edib. Hadisə nəticəsində beş nəfər müxtəlif bədən xəsarətləri alıb. Zərərçəkənlər Kliniki Tibbi Mərkəzə aparılıb, müayinədən keçirilib və onlara quduzluğa qarşı vaksin vurulub.

Day.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidə sahibsiz itlərin sayı getdikcə artır.

Xüsusilə səhər və axşam saatlarında küçəyə çıxmaq təhlükəli olub. Valideynlər uşaqlarının təhlükəsizliyindən narahat olduqlarını, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemin həllini tapmadığını bildirirlər.

Yaşayış kompleksinin mənzil-kommunal istismar sahəsinin nümayəndəsi problemdən xəbərdar olduqlarını və bununla bağlı icra hakimiyyətinə dəfələrlə müraciət etdiklərini deyib. Qaradağ Rayon İcra Hakimiyyətindən isə iş günü olmadığı üçün münasibət almaq mümkün olmayıb. Sakinlər itlərin ərazidən uzaqlaşdırılması və təkrar hücumların qarşısının alınması üçün təcili tədbirlər görülməsini tələb edirlər.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости