https://news.day.az/azerinews/1873556.html Röya Ayxanın adından dələduzluq - FOTO Xalq artisti Röya Ayxanın adından Niderlandın paytaxtı Amsterdamda keçirilməsi nəzərdə tutulan konsertlə bağlı saxta elanlar yayılıb. Day.Az Ajans.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan afişalarda müğənninin 2027-ci il yanvarın 30-da Amsterdamdakı "De Koning Saal"da səhnəyə çıxacağı qeyd olunub.

Röya Ayxanın adından dələduzluq - FOTO

Azərbaycanca, 11 ноября 2026 11:49 (UTC +04:00) 320
Röya Ayxanın adından dələduzluq

Xalq artisti Röya Ayxanın adından Niderlandın paytaxtı Amsterdamda keçirilməsi nəzərdə tutulan konsertlə bağlı saxta elanlar yayılıb.

Day.Az Ajans.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan afişalarda müğənninin 2027-ci il yanvarın 30-da Amsterdamdakı "De Koning Saal"da səhnəyə çıxacağı qeyd olunub.

Elanlarda sənətçinin fotolarından istifadə edilib, bilet almaq istəyənlər üçün əlaqə nömrələri də göstərilib.

Yayılan məlumatlarla bağlı Röya Ayxan özü açıqlama verərək həmin tarixdə və məkanda konsertinin nəzərdə tutulmadığını bildirib. O, afişaların rəsmi komandası tərəfindən hazırlanmadığını vurğulayıb.

Xalq artisti izləyicilərinə saxta elanlara aldanmamaq, həmin nömrələr vasitəsilə bilet sifariş etməmək və ödəniş etməmək barədə xəbərdarlıq edib. Müğənni konsertləri ilə bağlı doğru məlumatların yalnız rəsmi sosial media hesablarında paylaşılacağını diqqətə çatdırıb.

  • Röya Ayxanın adından dələduzluq
  • Röya Ayxanın adından dələduzluq
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости