Minaya düşən traktorçu əməliyyat olunur - YENİLƏNİB
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində minaya düşən traktorçu xəstəxanaya yerləşdirilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki,, hadisə bu gün traktorla işləyən zaman baş verib. Minaya düşən şəxs Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər İsmayılov Adil oğludur. O, müxtəlif xəsarətlərlə Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda İ.İsmayılov əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.
XXX
14:40
Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında mina hadisəsi baş verib.
Day.Az xəbər verir ki, ANAMA-nın yaydığı məlumata əsasən, noyabrın 11-də Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsmayılov İsgəndər Adil oğlu idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində İsgəndər İsmayılov müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa və çəpərləmə işləri aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре