Pakistanda polisə hücum - 12 yaralı var
Pakistanın şimal-qərbində yerləşən Kohat şəhərində patrul xidmətinə hücum nəticəsində azı 12 polis əməkdaşı yaralanıb.
Bu barədə DAWN məlumat yayıb.
Məlumata görə, hücum qanunsuz faydalı qazıntı hasilatına qarşı keçirilən əməliyyat zamanı baş verib. Bildirilir ki, bu fəaliyyətə cinayətkar qruplaşmaların üzvləri də cəlb olunub.
Xilasetmə xidmətinin nümayəndəsi Cavad Afridi videomüraciətində polis dəstəsinin atəşə tutulduğunu, bundan sonra 12 əməkdaşın xəstəxanaya çatdırıldığını bildirib.
Afridi qeyd edib ki, xəsarət alanlar və mümkün ölüm halları ilə bağlı dəqiq məlumat daha sonra açıqlanacaq.
Reuters agentliyi isə hadisə nəticəsində 11 polis əməkdaşının öldüyü barədə məlumat yayıb. Lakin Pakistan hakimiyyəti hələlik bu məlumatı təsdiqləməyib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре