https://news.day.az/azerinews/1873707.html Madriddə keçirilən etiraz aksiyasında toqquşmalar yaşanıb İspaniya Milli Polisi paytaxtda ümumi tətilə qoşulan etirazçıları dağıtmağa cəhd edərkən bir qrup nümayişçiyə qarşı güc tətbiq edib. Bu barədə "El País" qəzeti məlumat yayıb. Etiraz aksiyasının iştirakçıları Madridin mərkəzi küçələrindən birində toplaşıblar.

Madriddə keçirilən etiraz aksiyasında toqquşmalar yaşanıb

Azərbaycanca, 11 ноября 2026 19:04 (UTC +04:00) 134
Madriddə keçirilən etiraz aksiyasında toqquşmalar yaşanıb

İspaniya Milli Polisi paytaxtda ümumi tətilə qoşulan etirazçıları dağıtmağa cəhd edərkən bir qrup nümayişçiyə qarşı güc tətbiq edib.

Bu barədə "El País" qəzeti məlumat yayıb.

Etiraz aksiyasının iştirakçıları Madridin mərkəzi küçələrindən birində toplaşıblar. Bununla yanaşı, şəhərdə əsas aksiyalardan birinin axşam saatlarında keçirilməsi planlaşdırılır.

 

Noyabrın 11-də İspaniyada 24 saatlıq ümumi tətil başlayıb. Tətil keçirmək niyyəti barədə oktyabr ayında ölkədə mənzil böhranı ilə əlaqədar keçirilən etiraz aksiyaları fonunda elan edilmişdi. Aksiya iştirakçıları səhər saatlarından piketlər keçirməyə və bir sıra yollarda nəqliyyatın hərəkətini məhdudlaşdırmağa başlayıblar. Onların əsas tələbləri arasında əlçatan mənzil təminatı və layiqli əmək haqqı var.

Həmkarlar ittifaqlarının məlumatına görə, bəzi hallarda mitinqlər zamanı polis aksiya iştirakçılarına qarşı güc tətbiq edib. "El País" qəzetinin məlumatına görə, artıq 40-a yaxın şəxs saxlanılıb. Tətil aviareyslərin ləğvinə və ictimai nəqliyyatın fəaliyyətində fasilələrin yaranmasına da səbəb olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости