Nurməhəmmədov Dvalişviliyə niyə sillə vurdu? – Qalmaqalın təfərrüatları - VİDEO
Dağıstanlı qarışıq döyüş növləri (MMA) üzrə döyüşçü Usman Nurməhəmmədov, eləcə də mütləq döyüş çempionatının (UFC) keçmiş ən yüngül çəki dərəcəsi üzrə çempionu Merab Dvalişvili arasında baş verən davanın bütün iştirakçıları Əbu-Dabidə saxlanılıb.
Day.Az xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırmağı planlaşdırır. Saxlanılan şəxslərdən izahatın alındığı bildirilir.
Xatırladaq ki, daha əvvəl Gürcüstanlı keçmiş UFC çempionu Dvalişvili ilə PFL çempionu Nurməhəmmədov arasında Əbu-Dabidəki hotelin foyesində mübahisə düşüb. Sonuncunun Dvalişviliyə sillə vurmasından sonra gərginlik yaranıb, ətrafda olan idmançılar da məsələyə qarışaraq kütləvi davaya səbəb olub. Davalişvili Rusiyalı MMA döyüşçüsünü və onun ətrafını ona və dostuna hücum etməkdə ittiham edib. İdmançının sözlərinə görə, hadisə müsahibə verdiyi zaman baş verib. Dvalişvili təxminən 20 nəfərdən ibarət qrupun onlara arxadan hücum etdiyini iddia edir.
Toqquşma zamanı Dvalişvili üz nayihəsindən xəsarətlər alıb və ona tibbi yardım göstərilib. Hadisənin videogörüntüsünü Dvalişvili öz sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, noyabrın 14-də Dvalişvili Əbu-Dabidə keçiriləcək RAF turnirində Marlon Moraeslə döyüşəcək. İdmançının qarışıq döyüş növləri üzrə aktivində 21 qələbə və 6 məğlubiyyət var.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре