https://news.day.az/azerinews/1873879.html Çinin Tayvanla birləşməsi labüddür - Cinpin Çinin Tayvanla birləşməsi labüddür və bu, ölkənin hakim Kommunist Partiyasının dəyişməz tarixi missiyasıdır. Day.Az xəbər verir ki, "Reuters"in məlumatına görə, bu barədə Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin bildirib. "Tarixin gedişatını dayandırmaq mümkün deyil.

Çinin Tayvanla birləşməsi labüddür - Cinpin

Azərbaycanca, 12 ноября 2026 14:38 (UTC +04:00) 224
Çinin Tayvanla birləşməsi labüddür

Çinin Tayvanla birləşməsi labüddür və bu, ölkənin hakim Kommunist Partiyasının dəyişməz tarixi missiyasıdır.

Day.Az xəbər verir ki, "Reuters"in məlumatına görə, bu barədə Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin bildirib.

"Tarixin gedişatını dayandırmaq mümkün deyil. Vətənin tam birləşməsi təmin edilməlidir və mütləq təmin olunacaq", - deyə dövlət başçısı bildirib.

O, bu bəyanatla Çin Respublikasının inqilabçısı və ilk prezidenti Sun Yat-senin anadan olmasının 160 illiyinə həsr olunmuş tədbirdə çıxış edib. Sun Yat-sen həm Çində, həm də Tayvanda ehtiramla yad edilir.

Si Cinpin, həmçinin birləşmənin "bir ölkə, iki sistem" prinsipi çərçivəsində dinc yolla həyata keçirilməli olduğunu vurğulayıb. Bununla yanaşı, o, Tayvanda yaşayan çinliləri separatçı qüvvələrin qarşısını almağa çağırıb.

Daha əvvəl "South China Morning Post" (SCMP) qəzeti Rusiya Prezidenti Vladimir Putin, Ağ Ev rəhbəri Donald Tramp və ÇXR sədri Si Cinpinin üçtərəfli görüş zamanı süni intellektdən (Sİ) istifadəyə nəzarət məsələsində razılığa gələ biləcəklərini yazıb. Həmçinin ehtimal olunur ki, Putin xarici liderlərlə nüvə arsenalının idarəetmə sistemlərini müzakirə edə bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости