https://news.day.az/azerinews/1873955.html Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı - Personal çıxarıldı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun binasının texniki vəziyyəti ilə əlaqədar korpuslardan birinin fəaliyyəti dayandırlıb. Day.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı - Personal çıxarıldı

Azərbaycanca, 12 ноября 2026 17:36 (UTC +04:00) 218
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun binasının texniki vəziyyəti ilə əlaqədar korpuslardan birinin fəaliyyəti dayandırlıb.

Day.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, uzun müddət istismarda olan binanın texniki vəziyyətinin qiymətləndirilməsi zamanı onun bəzi hissələrinin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Tibbi personalın və pasiyentlərin təhlükəsizliyini əsas götürülərək müvafiq korpusun fəaliyyətinin dayandırılması qərara alınıb.

Pasiyentlərə göstərilən xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq tibbi yardımın Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində təşkili nəzərdə tutulur.

Bu çərçivədə pasiyentlərin tibbi göstərişlərinə və müalicə ehtiyaclarına uyğun olaraq müvafiq profilli tibb müəssisələrinə yönləndirilməsi təmin ediləcək.

Həyata keçirilən tədbirlərin əsas məqsədi pasiyentlərin və tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda əhaliyə göstərilən tibbi xidmətlərin davamlılığının qorunmasıdır.

Xatırladaq ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 1944-cü ildən fəaliyyət göstərir və Bakının Nizami rayonunun ərazisində yerləşir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости