https://news.day.az/azerinews/1874421.html
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - FOTO
Azərbaycanda daha bir vəkil həbs edilib. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Raman Abışov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan vəkil bu gün məhkəməyə çıxarılıb.
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - FOTO
Azərbaycanda daha bir vəkil həbs edilib.
Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Raman Abışov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan vəkil bu gün məhkəməyə çıxarılıb.
Hakimin qərarı ilə R.Abışov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Raman Abışov dövlətə xəyanətdə və başqa ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəkili idi. K.Əliyevanın əmlak məsələləri ilə bağlı hüquqlarını müdafiə edirdi.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре