https://news.day.az/azerinews/1875067.html Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? Müasir dövrdə mobil telefonlar uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin telefon qarşısında uzun müddət vaxt keçirmək onların fiziki və psixoloji inkişafına mənfi təsir göstərə bilər.

Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir?

Azərbaycanca, 18 ноября 2026 01:25 (UTC +04:00) 288
Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir?

Müasir dövrdə mobil telefonlar uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin telefon qarşısında uzun müddət vaxt keçirmək onların fiziki və psixoloji inkişafına mənfi təsir göstərə bilər.

Day.Az xəbər verir ki, mütəxəssislər valideynlərə uşaqların ekran vaxtına nəzarət etməyi, xüsusilə yemək zamanı və yatmazdan əvvəl telefon istifadəsini məhdudlaşdırmağı tövsiyə edirlər.

Valideynlər uşaqların izlədiyi videolara, oynadığı oyunlara və daxil olduğu internet saytlarına diqqət yetirməlidirlər. Bununla yanaşı, valideyn nəzarəti funksiyalarından istifadə etmək, uşaqları kitaba, idmana və yaradıcı fəaliyyətlərə yönləndirmək vacibdir. Ailə daxilində ünsiyyətin artırılması və valideynlərin özlərinin də telefon istifadəsində nümunə olması xüsusi əhəmiyyət daşıyır.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, 2 yaşadək uşaqların ekran qarşısında vaxt keçirməsi məsləhət görülmür. 2-4 yaşlı uşaqlar üçün isə gündəlik ekran müddəti bir saatı keçməməlidir. Əsas məqsəd uşaqları texnologiyadan tam uzaqlaşdırmaq deyil, onlara telefondan düzgün istifadə etməyi öyrətməkdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости