https://news.day.az/azerinews/1875069.html Saçları mineral su ilə yumaq faydalıdırmı? Mütəxəssislərdən açıqlama Mineral su son dövrlər yalnız içki kimi deyil, saç və dəriyə qulluq vasitəsi kimi də istifadə olunmağa başlayıb. Tərkibindəki maqnezium, kalsium və kalium kimi mineralların saçların daha parlaq və canlı görünməsinə kömək etdiyi bildirilir.

Saçları mineral su ilə yumaq faydalıdırmı? Mütəxəssislərdən açıqlama

Azərbaycanca, 18 ноября 2026 03:37 (UTC +04:00) 246
Saçları mineral su ilə yumaq faydalıdırmı?

Mineral su son dövrlər yalnız içki kimi deyil, saç və dəriyə qulluq vasitəsi kimi də istifadə olunmağa başlayıb. Tərkibindəki maqnezium, kalsium və kalium kimi mineralların saçların daha parlaq və canlı görünməsinə kömək etdiyi bildirilir.

Day.Az xəbər verir ki, məlumata görə, mineral sudan saçları şampunla yuduqdan sonra son yaxalama mərhələsində istifadə edilir. Bu üsulun xüsusilə nazik telli saçlara daha dolğun görünüş qazandırdığı iddia olunur. Mineral su az miqdarda üz dərisinə də tətbiq edilə bilər.

Lakin mütəxəssislər mineral suyun qırışları aradan qaldırması, məsamələri daraltması və sızanaqları müalicə etməsinin elmi cəhətdən sübut olunmadığını vurğulayırlar. Həmçinin həssas dəriyə və baş dərisinə malik şəxslərdə quruluq və qıcıqlanma yaranarsa, istifadənin dayandırılması tövsiyə edilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости