https://news.day.az/azerinews/1875070.html Alimdən xəbərdarlıq: Bəşəriyyət asteroid təhlükəsi qarşısında acizdir Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun elmi rəhbəri Lev Zelenıy bildirib ki, hazırda bəşəriyyətin təhlükəli asteroidlərin Yer kürəsi ilə toqquşmasının qarşısını almaq üçün effektiv üsulları yoxdur. Day.Az xəbər verir ki, alim bu barədə RİA Novosti-yə açıqlamasında danışıb.

Alimdən xəbərdarlıq: Bəşəriyyət asteroid təhlükəsi qarşısında acizdir

Azərbaycanca, 18 ноября 2026 04:22 (UTC +04:00) 214
Alimdən xəbərdarlıq:

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun elmi rəhbəri Lev Zelenıy bildirib ki, hazırda bəşəriyyətin təhlükəli asteroidlərin Yer kürəsi ilə toqquşmasının qarşısını almaq üçün effektiv üsulları yoxdur.

Day.Az xəbər verir ki, alim bu barədə RİA Novosti-yə açıqlamasında danışıb.

Onun sözlərinə görə, mütəxəssislər əsasən iri asteroidlərin Yerə yaxınlaşmasını əvvəlcədən müəyyənləşdirmək və mümkün təhlükələri proqnozlaşdırmaq üzərində çalışırlar. Alim hələlik belə kosmik cisimlərlə necə mübarizə aparılacağının məlum olmadığını vurğulayıb.

Qeyd edək ki, Yer orbitinə 7,5 milyon kilometrdən az məsafədə yaxınlaşan asteroidlər potensial təhlükəli hesab olunur. Diametri bir kilometrdən böyük olan asteroidin planetimizlə toqquşması isə qlobal fəlakətə səbəb ola bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости