https://news.day.az/azerinews/1875231.html Kasım-Jomart Tokayev azərbaycanlı gənci təltif edib Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən "Dostluq" Etnomədəni Birliyinin üzvü Rumman Hüseynov Astanada keçirilən "Qazax dili" adlı respublika tədbirində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən təltif olunub. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Kasım-Jomart Tokayev azərbaycanlı gənci təltif edib

Azərbaycanca, 18 ноября 2026 13:54 (UTC +04:00) 343
Kasım-Jomart Tokayev azərbaycanlı gənci təltif edib

Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən "Dostluq" Etnomədəni Birliyinin üzvü Rumman Hüseynov Astanada keçirilən "Qazax dili" adlı respublika tədbirində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən təltif olunub.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Rumman Hüseynova qazax dilinin inkişafına, milli dəyərlərin təbliğinə, sosial əhəmiyyətli tədbirlərin təşkilinə, eləcə də cəmiyyətdə dostluq, həmrəylik və mədəni əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə təşəkkürnamə təqdim edilib.

Mükafatın verilməsi gəncin qazax dilinin nüfuzunun artırılması, onun cəmiyyətdəki rolunun gücləndirilməsi və milli birliyin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinə verilən qiymətin göstəricisi olduğu bildirilib.

Məlumat üçün qeyd edək ki, Rumman Hüseynov Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçısı olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости