Avtomobilin sobası niyə yaxşı qızdırmır? – 5 əsas səbəb
Havaların soyuması ilə avtomobil salonunun zəif qızması sürücülərin tez-tez rastlaşdığı problemlərdəndir.
Day.Az xəbər verir ki, mütəxəssis Leonid İyanovun sözlərinə görə, bunun beş əsas səbəbi var: antifrizin azalması, termostatın nasazlığı, isitmə radiatorunun tutulması, hava yönləndirici qapaqların sıradan çıxması və salon filtrinin çirklənməsi.
Antifrizin səviyyəsi aşağı olduqda isitmə sistemində maye dövranı zəifləyir. Termostatın nasazlığı mühərrikin lazımi temperatura çatmasına mane olur. Radiatorda çöküntülərin yığılması istilik ötürülməsini azaldır. Həmçinin hava yönləndirici qapaqların problemi və çirkli salon filtri isti havanın salona normal daxil olmasına mane ola bilər.
Ekspert sürücülərə problemi yalnız sobada axtarmamağı, avtomobilin soyutma və isitmə sistemini birlikdə yoxlatmağı tövsiyə edir. Xüsusilə antifrizin səviyyəsi azalırsa və mühərrikin temperaturunda dəyişikliklər müşahidə olunursa, vaxtında diaqnostika aparılması vacibdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре