https://news.day.az/azerinews/1875766.html Uşaqların energetik içkilərə marağı artır – Dövlət nəzarəti sərtləşdirilə bilər Azərbaycanda uşaqların energetik içkilərdən istifadəsinin qarşısının alınması məqsədilə mövcud qanunvericiliyin və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var.

Uşaqların energetik içkilərə marağı artır – Dövlət nəzarəti sərtləşdirilə bilər

Azərbaycanca, 20 ноября 2026 12:05 (UTC +04:00) 301
Uşaqların energetik içkilərə marağı artır

Azərbaycanda uşaqların energetik içkilərdən istifadəsinin qarşısının alınması məqsədilə mövcud qanunvericiliyin və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirilib.

Ombudsman qeyd edib ki, uşaqlar arasında energetik içkilərdən istifadə hallarının geniş yayılması xüsusi diqqət tələb edir.

Onun sözlərinə görə, Ombudsman Aparatının apardığı monitorinqlərin nəticələri və beynəlxalq təcrübənin təhlili bu sahədə qanunvericiliyin və mövcud nəzarət mexanizmlərinin təkmilləşdirilməsinin zəruriliyini göstərir.

Səbinə Əliyeva bildirib ki, aparılan araşdırmalar və vəziyyətin yaxşılaşdırılmasına dair hazırlanmış təkliflər aidiyyəti dövlət orqanlarına göndərilib. Həmin qurumların cavab məktublarında qaldırılan məsələlərin fəaliyyətlərində nəzərə alınacağı qeyd olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости