https://news.day.az/azerinews/1876043.html Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı - polis saxladı Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, zərərçəkən avtomobil almaq məqsədilə banklardan birindən 4000 manat kredit götürərək pulu yaşadığı evə gətirib. Lakin mənzildə olmadığı vaxt həmin vəsait oğurlanıb.

Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı - polis saxladı

Azərbaycanca, 21 ноября 2026 11:55 (UTC +04:00) 185
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, zərərçəkən avtomobil almaq məqsədilə banklardan birindən 4000 manat kredit götürərək pulu yaşadığı evə gətirib. Lakin mənzildə olmadığı vaxt həmin vəsait oğurlanıb.

 

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin köhnə tanışı N.Qədirli müəyyən edilərək saxlanılıb.

Saxlanılan şəxsin əvvəllər də oğurluq cinayətinə görə məhkum olunduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости