https://news.day.az/azerinews/1876109.html
İndoneziyada 6.8 maqnitudalı zəlzələ olub
İndoneziyanın Maluku əyalətindəki adalar yaxınlığında 6,8 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərkəzin məlumatına görə, zəlzələnin episentri Şərqi Timor bölgəsinin Los Palos şəhərindən 101 kilometr şimal-şərqdə yerləşib.
İndoneziyada 6.8 maqnitudalı zəlzələ olub
İndoneziyanın Maluku əyalətindəki adalar yaxınlığında 6,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, zəlzələnin episentri Şərqi Timor bölgəsinin Los Palos şəhərindən 101 kilometr şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 144 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре