Yük maşınlarında olmayan bu qurğu ölümcül qəzalara səbəb ola bilər - VİDEO
Yük avtomobillərində arxa mühafizə qurğusunun olması yol təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu qurğunun olmaması arxadan gələn minik avtomobilinin yük maşınının altına girməsinə və ağır nəticələrə səbəb ola bilər. Sürücülərin sözlərinə görə, arxa mühafizə qurğusu qəza zamanı insan tələfatı və xəsarət riskini azaltmağa kömək edir.
Day.Az xəbər verir ki, nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, arxa mühafizə qurğusu toqquşma zamanı zərbənin təsirini azaldaraq sürücü və sərnişinləri qoruyur.
Qurğu olmadıqda isə minik avtomobilinin ön hissəsi yük maşınının altına doğru daxil olur və zərbə birbaşa salonun üzərinə düşür. Bu halda təhlükəsizlik yastıqlarının vaxtında açılmaması riski də yaranır.
Ekspert bildirir ki, bəzi sürücülər zədələnmiş qurğuları bərpa etmək əvəzinə sökür, bəziləri isə yükdaşıma zamanı maneə yaratdığı üçün onlardan imtina edirlər. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, arxa mühafizə qurğusu yük avtomobillərində, xüsusilə kütləsi 3,5 tondan artıq olan nəqliyyat vasitələrində və onların qoşqularında quraşdırılmalıdır. Qanunvericiliyə əsasən, konstruksiyada nəzərdə tutulan bu qurğunun sökülməsi texniki nasazlıq hesab olunur və sürücü 50 manat cərimə edilir.
Ətraflı "İctimai TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре