Mədə sancısı və spazmlara qarşı çobanyastığı çayı
Stress, düzgün olmayan qidalanma və həzmsizlik mədədə sancı və spazmlara səbəb ola bilər.
Day.Az xəbər verir ki, mütəxəssislər belə hallarda çobanyastığı çayını köməkçi vasitə kimi tövsiyə edirlər.
Onun sakitləşdirici və əzələboşaldıcı təsiri mədə narahatlığının və qaz ağrılarının yüngülləşməsinə kömək edə bilər.
Çayı hazırlamaq üçün bir fincan qaynar suya bir çay qaşığı qurudulmuş çobanyastığı əlavə edin. Fincanın ağzını örtərək 5-7 dəqiqə dəmləyin. Daha sonra ilıq halda, yavaş-yavaş için. Nanədən fərqli olaraq, çobanyastığının mədə turşusunun qida borusuna qayıtmasını artırma ehtimalı daha azdır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, çobanyastığı çayı yalnız yüngül və müvəqqəti narahatlıqlarda köməkçi vasitədir. Şiddətli və uzun müddət davam edən ağrı, qusma və ya qızdırma müşahidə olunarsa, həkimə müraciət etmək lazımdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре