Naringi qabıqlarını atmayın: Evdə və mətbəxdə belə istifadə edə bilərsiniz
Naringi qabıqlarını atmaq əvəzinə məişətdə müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür. Bir neçə qabığı su ilə birlikdə vam odda qızdıraraq təbii otaq ətirləndiricisi hazırlaya bilərsiniz. İstəyə görə suya darçın və mixək də əlavə etmək olar.
Day.Az xəbər verir ki, yaxşı yuyulub tam qurudulmuş naringi qabıqlarını çaylara ətir vermək üçün istifadə etmək mümkündür.
Onları kiçik hissələrə bölərək şüşə qabda saxlaya bilərsiniz. Naringinin rəngli üst qatını sürtgəcdən keçirib keks və peçenye xəmirinə əlavə etmək də şirniyyatlara xoş ətir verir.
Naringi qabıqlarından təmizlik vasitəsi hazırlamaq da mümkündür. Bunun üçün qabıqları şüşə bankaya yerləşdirib üzərinə ağ sirkə əlavə edin və bir həftə saxladıqdan sonra süzün. Alınan qarışıq bəzi səthlərin təmizliyində istifadə oluna bilər. Lakin sirkəni mərmər səthlərə tətbiq etmək və ağardıcı ilə qarışdırmaq olmaz. Qabıqlar kiflənməməsi üçün tam qurudulmalı və sərin, quru yerdə saxlanılmalıdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре