https://news.day.az/azerinews/1876825.html Həkimə getməzdən əvvəl bu səhvlərə yol verməyin: Analizlərin nəticəsini dəyişə bilər Həkim qəbulundan əvvəl bəzi gündəlik vərdişlər müayinə və analizlərin nəticələrinə təsir göstərə bilər. Mütəxəssislər xüsusilə qan təzyiqi ölçülməzdən ən azı 30 dəqiqə əvvəl qəhvə, enerji içkisi və kola qəbul etməməyi tövsiyə edirlər. Bu içkilər təzyiqi müvəqqəti yüksəldə bilər.

Həkimə getməzdən əvvəl bu səhvlərə yol verməyin: Analizlərin nəticəsini dəyişə bilər

Azərbaycanca, 25 ноября 2026 05:51 (UTC +04:00) 137
Həkimə getməzdən əvvəl bu səhvlərə yol verməyin:

Həkim qəbulundan əvvəl bəzi gündəlik vərdişlər müayinə və analizlərin nəticələrinə təsir göstərə bilər. Mütəxəssislər xüsusilə qan təzyiqi ölçülməzdən ən azı 30 dəqiqə əvvəl qəhvə, enerji içkisi və kola qəbul etməməyi tövsiyə edirlər. Bu içkilər təzyiqi müvəqqəti yüksəldə bilər.

Day.Az xəbər verir ki, sidik analizindən əvvəl həddindən artıq su içmək nəticələri təhrif edə, spirtli içkilər isə qanda triqliseridlərin səviyyəsini artıra bilər. Buna görə lipid analizindən əvvəl 24 saat spirtli içki qəbul etməmək məsləhətdir. Həmçinin qəbul edilən dərmanlar barədə həkimə məlumat vermək vacibdir. Təyin olunmuş dərmanları isə özbaşına dayandırmaq olmaz.

Bundan başqa, dırnaq müayinəsi zamanı lak bəzi dəyişikliklərin görünməsinə mane ola bilər. Süni dırnaqlar və lak oksigen ölçən cihazın göstəricilərinə də təsir edə bilər. Mammoqrafiyadan əvvəl isə qoltuqaltına dezodorant, antiperspirant və pudra vurulmaması tövsiyə olunur. Müayinədən öncə həkimin və laboratoriyanın hazırlıq qaydalarına əməl etmək vacibdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости