https://news.day.az/azerinews/1876866.html Türkiyənin sabiq parlament sədri Hikmət Çətin vəfat edib Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, keçmiş xarici işlər naziri və Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədrlərindən Hikmət Çətin 89 yaşında vəfat edib. "Haberturk"un məlumatına görə, Türkiyə siyasətinin təcrübəli nümayəndələrindən olan Hikmət Çətinin vəfatı siyasi dairələrdə kədərlə qarşılanıb.

Türkiyənin sabiq parlament sədri Hikmət Çətin vəfat edib

Azərbaycanca, 24 ноября 2026 20:10 (UTC +04:00) 258
Türkiyənin sabiq parlament sədri Hikmət Çətin vəfat edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, keçmiş xarici işlər naziri və Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədrlərindən Hikmət Çətin 89 yaşında vəfat edib.

"Haberturk"un məlumatına görə, Türkiyə siyasətinin təcrübəli nümayəndələrindən olan Hikmət Çətinin vəfatı siyasi dairələrdə kədərlə qarşılanıb.

1937-ci ildə Diyarbəkirin Licə rayonunda anadan olan Hikmət Çətin Ankara Universitetinin Siyasi Elmlər fakültəsini bitirib.

Dövlət Planlaşdırma Təşkilatında müxtəlif vəzifələrdə çalışdıqdan sonra siyasətə qoşulan Çətin Türkiyənin Baş nazirinin müavini, xarici işlər naziri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri vəzifələrini icra edib.

H.Çətin 1995-ci il fevralın 18-dən sentyabrın 9-dək Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifəsində çalışıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости