https://news.day.az/azerinews/1876974.html Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik Naxçıvan Muxtar Respublikasında fəxri adlara görə verilən aylıq təqaüdün məbləğini Nazirlər Kabineti müəyyən edəcək, ödənişləri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.

Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik

Azərbaycanca, 25 ноября 2026 12:36 (UTC +04:00) 280
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik

Naxçıvan Muxtar Respublikasında fəxri adlara görə verilən aylıq təqaüdün məbləğini Nazirlər Kabineti müəyyən edəcək, ödənişləri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.

Day.Az xəbər verir ki, bu, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin "Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında" qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə qərarında əksini tapıb.

Qərara əsasən, fəxri adlara görə aylıq təqaüdün məbləğinin müəyyən edilməsi ilə bağlı səlahiyyət Nazirlər Kabinetinə həvalə olunub.

Təqaüdlərin Naxçıvan Muxtar Respublikasının büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsi səlahiyyətini isə muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.

Beləliklə, fəxri adlara görə aylıq təqaüdün məbləğinin müəyyənləşdirilməsi və onun ödənilməsi üzrə səlahiyyətlər iki dövlət qurumu arasında bölüşdürülüb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости