https://news.day.az/azerinews/1877073.html
Sumqayıtda yaşlı qadının pul kisəsi belə oğurlandı
Sumqayıt şəhərində marketlərdən birində ahıl yaşlı qadına qarşı cibgirlik edilib. Day.Az Trend-ə istinadən xəbər verir ki, qadının çantasının açıq olduğunu görən naməlum şəxs onu izləyib və fürsət yaranan kimi çantadan içərisində 1289 manat olan pul kisəsini oğurlayaraq hadisə yerindən uzaqlaşıb.
Sumqayıtda yaşlı qadının pul kisəsi belə oğurlandı
Sumqayıt şəhərində marketlərdən birində ahıl yaşlı qadına qarşı cibgirlik edilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, qadının çantasının açıq olduğunu görən naməlum şəxs onu izləyib və fürsət yaranan kimi çantadan içərisində 1289 manat olan pul kisəsini oğurlayaraq hadisə yerindən uzaqlaşıb.
Sumqayıt şəhərində polisib keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş V.Nəzərov müəyyən edilərək saxlanılıb. O, ifadəsində oğurladığı pulu xərclədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре