https://news.day.az/azerinews/1877239.html Bakıda məktəbə yeni direktor təyin olunub İlahə Fərmanlı 292 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyin edilib. Day.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bakıda məktəbə yeni direktor təyin olunub

Azərbaycanca, 26 ноября 2026 11:50 (UTC +04:00) 142
Bakıda məktəbə yeni direktor təyin olunub

İlahə Fərmanlı 292 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyin edilib.

Day.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edək ki, 2016-cı ildən pedaqoji fəaliyyətlə məşğul olan İlahə Fərmanlı bu təyinata qədər 76 nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, 27 noyabr 2026-cı il saat 15:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Namizədlər 4 dekabr 2026-cı il saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости