Sarqsyan Vyanaya gedir
Day.Az представляет новость на азербайджанском языке
Ermənistan prezidenti Serj Sarqsyan mayın 16-da Avstriyanın paytaxtı Vyanaya işgüzar səfərə gedəcək.
Day.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan prezident administrasiyasının ictimaiyyət və KİV-lə əlaqələr idarəsinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, Vyanada Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə bir sıra işgüzar görüşlərin keçriilməsi nəzərdə tutulub.
Qeyd edək ki, mayın 16-da həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi iə bağlı növbəti danışıqların aparılması planlaşdırılıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре