Şəkidə türk aktyorlarının iştirakı ilə film çəkilir

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə 3 nəfər asan varlanmaq ümidi ilə uzaq səfərə çıxır. Briliyant axtarışında olan bu gəncləri tale Şəkiyə qədər gətirib çıxarır. Ancaq bu iş onların fikirləşdikləri kimi, heç də asan başa gəlmir. Bəzən macəralar içində itib-batan bu gənclər bəzən də gülməli, çıxılmaz vəziyyətlərə düşürlər. Ancaq onlar istəklərinə çatacaq, ya yox, onu heç biz də bilmirik. Çünki məcəra hələ davam edir. Bəli, söhbət çəkilişi yenicə başa çatmış filmdən gedir, hansı ki əsas səhnələri Şəkidə cərəyan edir.

"The Game Sheki" filminin əsas çəkilişləri Şəkidə aparılıb.
Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, macəra və  komediya janrında olan bu filmin çəkilişlərinə 2015-ci ilin sentyabırından start verilib. Filmdə yerli aktyorlarla yanaşı, Türkiyənin tanınmış aktyorları da rol alıb. Filmin əsas qəhrəmanlarından olan Eray Türktamaşaçıları maraqlı sürpriz gözlədiyini, ancaq nəticə barədə, hələ ki, danışmağın tez olduğunu düşünür.

Bütün filmdəki səhnələr 3 gün ərzində cərəyan edir. Komik olduğu qədər də həyəcanlı, nəfəs kəsən anlar kinosevərlərə əsl zövq yaşadacaq. Filmin qurluşçu rejissoru olan Orxan Bayramovun sözlərinə görə, filmin çəkilişlərində müəyyən gecikmələr olub ki, bu onun mövzusunun yay fəslinə təsadüf etməsiylə əlaqədardır.

Filmin ərsəyə gəlməsində digər ölkələrdən olan mütəxəssislərlə yanaşı, Şəkidən olan işçi qrupunun da böyük əməyi var. Filmin bu ilin sonunda yekunlaşması və nümayişi gözlənilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.