Şahin Mustafayev: "Azərbaycanla İran arasında ticarət dövriyyəsi 70% artıb"

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan və İran arasında son ildə ticarət dövriyyəsi təqribən 70% artıb.

Day.Az Trend-ə istinadən bildirir ki,  bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev fevralın 9-da İranın Azərbaycandakı səfirliyində ölkənin milli bayramı - İnqilab gününə həsr olunmuş tədbirdə deyib.

Şahin Mustafayev əlamətdar gün münasibətilə İran xalqını Azərbaycan hökuməti adından təbrik edib.

Azərbaycan-İran əlaqələrinin möhkəmləndiyini diqqətə çatdıran nazir iki ölkə arasında son üç ildə 40-dək sənədin imzalandığını bildirib.

Şahin Mustafayev həmçinin bildirib ki, əlaqələrin inkişafında Azərbaycan-İran Dövlət Komissiyası böyük rol oynayır.

Son ildə iki ölkə arasında ticarət dövriyyəsi təqribən 70 faiz artmasını bildirən nazir müntəzəm olaraq görüşlərin, biznes forumların və sərgilərin keçirildiyini deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.