https://news.day.az/azerinews/945778.html Bakı-Tbilisi-Qars dəmir yolunun potensialı ildə 50 milyon ton yük olacaq Day.Az представляет новость на азербайджанском языке Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə beynəlxalq nəqliyyat potensialı ildə 50 milyon ton yük təşkil edəcək. Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya nazirliyində bildirilib.

Bakı-Tbilisi-Qars dəmir yolunun potensialı ildə 50 milyon ton yük olacaq

Azərbaycanca, 29 октября 2017 20:44 (UTC +04:00) 828
Bakı-Tbilisi-Qars dəmir yolunun potensialı ildə 50 milyon ton yük olacaq

Day.Az представляет новость на азербайджанском языке

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə beynəlxalq nəqliyyat potensialı ildə 50 milyon ton yük təşkil edəcək.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya nazirliyində bildirilib.

Nazirlikdən bildiriblər: "BTQ həm Asiya, həm də Avropaya yeni dünya bazarlarına çıxışa kömək edəcək".

Nəqliyyat Nazirliyindən qeyd olunub ki, oktyabrın 30-da Bakıda rəsmi açılışı keçiriləcək Bakı-Tbilisi-Qars dəmir yolu regionda ən böyük nəqliyyat layihələrindən biridir.

Qeyd edək ki, Bakı-Tbilisi-qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə dövlətləri arasında olan saziş əsasında qurulub. BTQ dəhlizi üzrə yük daşımalarının maksimum həcmi ildə 17 milyon ton səviyyəsində proqnozlaşdırılır. İlkin mərhələdə bu göstərici 6,5 milyon ton yük olacaq, eləcə də bir milyona qədər sərnişin daşınacaqdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости