Binəqədidə fəhlə binadan yıxılıb - vəziyyəti ağırdır - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Fasad örtüyü təmir edilən binadan yıxılan fəhlə ağır xəsarət alıb.
Day.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Binəqədi rayonu ərazisində, İbrahimpaşa Dadaşov ünvanında baş verib.
Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təmir etdirilən 74-cü binada işləyən, hələlik adi məlum olmayan fəhlə yıxılaraq ağır bədən xəsarətləri alıb. O, dərhal təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb. Hadisə şahidlərinin sözlərinə görə, fəhlə tikintidə təhlükəsizlik qaydalarına riayət etmədiyi üçün yıxılıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Videonu izləmək üçün şəklə klikləyin:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре