https://news.day.az/azerinews/945783.html Qış vaxtına keçid ləğv edilib - Bəs saatlar niyə avtomatik geri çəkilib? - VİDEO Day.Az представляет новость на азербайджанском языке Qış vaxtına keçid keçən il Nazirlər Kabinetinin qərarı ilə ləğv olunsa da, bir sıra telefonlarda saatların avtomatik geri çəkilməsi baş verib. Halbuki, aidiyyati qurumlar bunun baş verməməsi üçün lazımi addımların atıldığını açıqlamışdılar.

Qış vaxtına keçid ləğv edilib - Bəs saatlar niyə avtomatik geri çəkilib? - VİDEO

Azərbaycanca, 29 октября 2017 21:17 (UTC +04:00) 1 893
Qış vaxtına keçid ləğv edilib - Bəs saatlar niyə avtomatik geri çəkilib?

Day.Az представляет новость на азербайджанском языке

Qış vaxtına keçid keçən il Nazirlər Kabinetinin qərarı ilə ləğv olunsa da, bir sıra telefonlarda saatların avtomatik geri çəkilməsi baş verib. Halbuki, aidiyyati qurumlar bunun baş verməməsi üçün lazımi addımların atıldığını açıqlamışdılar.

Bəs görəsən mobil telefonlarda avtomatik qaydada saatın dəyişməsi niyə baş verib?
Day.Az xezerxeber.az-a istinadən bildirir ki, nə qədər addımlar atılsa da gələcəkdə yenə belə problemlərin yaşana biləcəyini bildirən ekspert Rövşən Əkbərov kiçik bir dəyişikliklə problemdən yaxa qurtarmağın mümkün olduğunu deyib.
Bu arada Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəzi qurğularda yaranan vaxt problemi ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, bəzi mobil qurğularda avtomatik qaydada saatların bir saat geriyə çəkilməsinə səbəb həmin cihazlarda proqram yenilənmələrinin quraşdırılmaması və istifadəçinin telefonun tənzimləmə parametrlərində vaxtın şəbəkədən avtomatik təyin edilməsi imkanlarının seçilməməsi olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Qış vaxtına keçid ləğv edilib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости