İsmayıllıda ferma yanıb, 10 min quş tələf olub - 100 minik ziyan - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Fermada baş verən yanğın nəticəsində 10 min quş tələf olub.
Day.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə ötən gecə İsmayıllının Ağahüseyn Aslanov küçəsində qeydə alınıb. Rayon sakini Azər Abdullayevə məxsus quşçuluq fermasında yanğn baş verib və ümumi sahəsi 450 kvadratmetr olan ferma tamamilə yanıb.
Yanğın gecə saatlarında baş verdiyi üçün quşları xilas etmək mümkün olmayıb. Fermada olan 10 min quş yanaraq tələf olub. Sahibkarın sözlərinə görə, hadisə nəticəsində ona 100 min manata yaxın maddi ziyan dəyib.
Yanğınsöndürənlərin səyi nəticəsində alov ram edilib və ətrafa yayılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре