https://news.day.az/azerinews/945785.html Parkomat var, amma pul nağd şəkildə alınır - VİDEO Day.Az представляет новость на азербайджанском языке Parkomat qoyulan ərazidə sürücülərdən pul nağd şəkildə alınır. Həm də 1 manatdan. Suruculərə heç 15 dəqiqə avtomobillərini pulsuz park etmə şansını da vermirlər.

Parkomat var, amma pul nağd şəkildə alınır - VİDEO

Azərbaycanca, 29 октября 2017 21:08 (UTC +04:00) 571
Parkomat var, amma pul nağd şəkildə alınır

Day.Az представляет новость на азербайджанском языке

Parkomat qoyulan ərazidə sürücülərdən pul nağd şəkildə alınır. Həm də 1 manatdan. Suruculərə heç 15 dəqiqə avtomobillərini pulsuz park etmə şansını da vermirlər.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət metronun "Gənclik" stansiyasının Tofiq Bəhramov stadionu istiqamətində olan çıxışından gedir.
Gözətçi otağında oturan şəxs ərazidən çıxan hər avtomobilin sürücüsündən nağd olaraq 1 manat pul alır. Baxmayaraq ki, elə həmin yerdə parkomat quraşdırılıb. Üstəlik, şlaqbaunların üzərinə xəbərdarlıq yazısı da yazılıb.
Araşdırmamız nəticəsində məlum oldu ki, gözətçi otağında oturan şəxs Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin əməkdaşıdır. Həmin şəxs ərazidə çəkiliş etdiyimizdən xəbərdar olsa da, buna məhəl qoymadan pul yığmağa davam edirdi...
Yaxınlaşıb müsahibə almaq istəyəndə isə özünəməxsus şəkildə cavab verib pəncərəni qapatmaq istədi.
Məsələ ilə bağlı Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi ilə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab verən olmadı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Parkomat var, amma pul nağd şəkildə alınır

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости