Fatimə Fətəliyeva: "Azərbaycanda iki tanınmış rəqqasə var" - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

"Mən rəqqasəyəm və rəqslə formada qalıram".

Rəqqasə Fatimə Fətəliyeva tədbirlərin birində fotokameramız qarşısına keçərək, şəkillər çəkdirib.

Axşam.az-a açıqlamasında sənətçi formada necə qalmağından danışıb:

"İnsan bədənini hər zaman formada saxlamalıdır. Bunun üçün də hərə bir vasitə seçir. Mən rəqqasəyəm və rəqslə formada qalıram. Hər dəfə məşq edirəm, beləcə, bədən quruluşum yerindədir".

Rəqslərindən bəhs edən F.Fətəliyeva həmkarı Oksana Rəsulovanı özünə rəqib görmədiyini deyib:

"O, sırf hind rəqsi oynayır. Dünya rəqslərini oynasaydı, hə, rəqib olardıq. İndi o da çalışır, mən də. Özünə uyğun rəqslər hazırlayır. Bu pis deyil... Hamı sevinsin ki, Azərbaycanda iki tanınmış rəqqasə var. Məni bu aləmdə sevməyən insanlar çoxdur. Onlara demək istəyirəm ki, mənim uğurlarımı düşünməkdənsə, siz də öz üzərinizdə işləyin. Mənim nə qədər işçim var. Hamısı ilə doğmam kimi davranıram. Sənətdə qabağa getmək üçün sadə olmalısan. Düzdür, buna görə başım ağrıyıb. Çalışmışam mənə pislik edənə yaxşılıqla cavab verim".

Böyütmək üçün şəkillərə klikləyin: