Olimpiya məşəli 329 şəhərdə alovlanacaq

Day.Az представляет новость на азербайджанском языке

Rio-2016 Olimpiadası məşəlinin estafeti Braziliyanın 329 şəhərindən keçəcək.

Day.Az goal.az-a istinadən xəbər verir ki, məşəl aprelin 21-də, ənənəyə uyğun olaraq,  Qədim Olimpiyada alovlandırılacaq. Mayın 3-də Braziliyada start götürəcək estafetsə avqustun 5-də Rio-de-Janeyroda, Olimpiya stadionunda yekunlaşacaq. Tədbirdə 12 min nəfərin istirak edəcəyi bildirilir. 

Rio Olimpiya Oyunları avqustun 5-dən 21-nə kimi keçiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.