Gəncədə möhtəşəm fləşmob

Day.Az представляет новость на азербайджанском языке

10152 nəfər gənc şəhərin mərkəzində fləşmob keçirib. Onlar Gəncə 2016 Avropa Gənclər Paytaxtının loqosunu canlandırıblar. 

Qeyd edək ki, Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı seçilib. Gəncə şəhəri 2016-cı ildə Avropa Gəclər Paytaxtı olmaq üçün Avropa Gənclər Forumunun təşkil etdiyi müsabiqəyə qoşulub. Müsabiqədə Avropanın müxtəlif ölkələrindən olan 12 şəhərlə yarışan Gəncə hədəfinə yaxınlaşmağa nail olub. Müsabiqənin final mərhələsinə adlayan Gəncə digər 5 şəhərlə Badajoz (İspaniya), Galvay (Şimali İrlandiya), La Laquna (İspaniya), Varna (Bolqariya) və Vilnius (Litva) şəhərləri ilə yarışmalı olub. 

Qeyd edək ki, 2012-ci il üzrə Azərbaycan Gənclər Paytaxtı Gəncə şəhəri seçilib. Bu müddət ərzində şəhərdə çoxsaylı yerli və beynəlxalq tədbirlər həyata keçirilib. Gəncədə Gənclər Mərkəzi tikilməyə başlayıb.

Day.Az bizimyol.info-ya istinadən fləşmobdan fotoları təqdim edir.

Videonu izləmək üçün şəklə klikləyin:

Gəncədə
möhtəşəm fləşmob keçirildi

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.