Nazirlikdən gəncəli gənclərə hədiyyə
Day.Az представляет новость на азербайджанском языке
nternet sahəsində Gəncə ilə bağlı xüsusi bir yenilik var. Kəpəz TV (Region TV) xəbər verir ki, bu, Gəncənin Avropa Gənclər paytaxtı seçilməsi ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin gənclərə hədiyyəsidir.
İltimas Məmmədov - Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini: "Nazirlikdə belə bir qərar qəbul olundu ki, Gəncənin Gənclər Paytaxtı elan olunması ilə əlaqədar olaraq may ayı ərzində Gəncədə "Aztelekomnet" internet provayderi üzərindən internetə qoşulacaq hər bir gənc, ilin sonuna kimi ödədiyindən iki dəfə artıq internet istifadə etmiş olacaq".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре